Əsas Səhifə > Gənclər > Qazaxda “Breynrinq” intellektual oyunu və “Xəmsə” Milli İntellektual oyunu üzrə VII Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib

Qazaxda “Breynrinq” intellektual oyunu və “Xəmsə” Milli İntellektual oyunu üzrə VII Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib


22-11-2019, 20:22


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş Tədbirlər planının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 1705/02-19 saylı 04.11.2019-cu il tarixli məktubunun icrası məqsədilə  "Breynrinq” intellektual oyunu və "Xəmsə” Milli İntellektual oyunu üzrə VII Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib.

Qazax Gənclər Mərkəzində keçirilən yarışda ümumilikdə 16 komandadan 80 nəfər gənc iştirak edib.

S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin "Synergy” komandası I yeri, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Ares” komandası II yeri, Hüseynbəyli kənd tam orta məktəbin "New stars” komandası isə III yeri qazanıb.

Qalib komandalar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.


GOYEZEN.AZ


Geri qayıt