Əsas Səhifə > Gənclər > Qazaxda dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyinə həsr olunmuş konsert təşkil olunub

Qazaxda dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyinə həsr olunmuş konsert təşkil olunub


24-09-2019, 19:30


Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Onunəsərləri dünya musiqi incilərindən sayılır. Hətta, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Üzeyir Hacıbəyli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq artistiStalin mükafatı laureatı, "Lenin ordeni"  və "Qırmızı əmək bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət KonservatoriyasınınAzərbaycan EA İncəsənət İnstitutunun direktoru. Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi olmuş Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqisinin inkişafında göstərdiyi misilsiz xidmətlər bu gün də yüksək qiymətləndirilir. Dahi bəstəkarın əziz xatirəsi hər zaman dərin hörmət və ehtiramla anılır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da dahi bəstəkarın anadan olmasının 134 illiyi böyük təntənə ilə qeyd edilib.

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin, şəhər 1 və 2 saylı Uşaq Musiqi məktəblərinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyinə həsr olunmuş konsert təşkil olunub.

Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə musiqi məktəblərinin şagird və müəllim kollektivi dahi bəstəkarın əsərlərini ifa ediblər. Həmçinin "Leyli və Məcnun" operasından, eləcə də, "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarından səhnəciklər nümayiş etdiriblər.

Konsert proqramında fəal iştirak edən 37 gənc Qazax GİKM tərəfindən fəxri fərmanlarla təltif olunub.






GOYEZEN.AZ


Geri qayıt