Əsas Səhifə > Gənclər > Qazaxda 21 sentyabr - "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Qazaxda 21 sentyabr - "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib


17-09-2019, 17:49

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 21 sentyabr - "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Qalereyada baş tutan müsabiqədə ümumilikdə 20-dək gənc rəssamın əl işləri nümayiş olunub.

Müsabiqənin nəticələrinə görə Cəfərov Cavid Hacırəhim oğlu I yerə layiq görülüb. Quliyev Eşqin Əmir oğlu II və Carçılı Ema Ramil qızı isə III yerləri tutublar.

Qaliblər Qazax GİKM tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər iştirakçılar isə fəxri fərmanlarla təltif olunublar.





GOYEZEN.AZ


Geri qayıt