Əsas Səhifə > Gənclər > Qazaxda “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim fəaliyyətə başlayıb
Qazaxda “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim fəaliyyətə başlayıb9-07-2019, 11:27 |
Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə "Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim fəaliyyətə başlayıb. İyulun 8-dən Qazax Gənclər Mərkəzində başlayan 3 günlük tədbirin rəsmi açılışında GİKM-nin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edib. GİKM-nin Qazax nümayəndəliyinin direktoru İ.Süleymanov qonaqları salamlayıbvə təlimə uğurlar arzulayıb. Bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyət kəsb etdiyini qeyd edib. Layihənin region gənclərinin sosial inkişafına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirib. ADTGT sədri, layihə rəhbəri A.Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uyğun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək "təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğulayıb. Layihə eksperti G.Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəflərini açıqlayıb və çap olunan materiallar haqda da məlumat verib. Sonra təlimçi D.Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanılıb, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparılıb. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırılıb. Qeyd edək ki, 3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT üçün ən yaxşılar seçiləcək.
GOYEZEN.AZ Geri qayıt |