Əsas Səhifə > Gənclər > Qazaxda 28 May – Respublika Gününə həsr olunmuş “Cümhuriyyət kuboku” keçirilib
Qazaxda 28 May – Respublika Gününə həsr olunmuş “Cümhuriyyət kuboku” keçirilib24-05-2019, 19:47 |
28 May! 1918-ci ilin həmin günündə Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Həmin gündən artıq 101 il ötməsinə baxmayaraq, 28 May tarixi ölkəmizdə Respublika Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə respublikamızın hər yerində olduğu kimi Qazaxda da silsilə tədbirlər keçirilir. Bu gün növbəti tədbir Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil olunub. Mərkəzin İntellektual Oyunlar klubunun təşkilatçılığı ilə "Cümhuriyyət kuboku” adlı bilik yarışı keçirilib. Qazax Gənclər Mərkəzində reallaşan yarışda 40 komandanın heyətində 200 gənc biliyini nümayiş etdirib. Yarışın birinci mərhələsində səslənən 20 suala ən çox düzgün cavab verən 10 komanda final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələnin nəticələrinə görə, "Stronsium" komandası (müstəqil) "Cümhuriyyət kuboku”na yiyələnib. "Monte Carlo" komandası (müstəqil) II, Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseyin "Qladiator" komandası isə III yerə layiq görülüb. Qalib və mükafatçılar müvafiq diplom və medallarla təltif olunublar.
GOYEZEN.AZ Geri qayıt |