Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Heydər Əliyev Mərkəzində nikaha daxil olublar
Qazaxlı gənclər Heydər Əliyev Mərkəzində nikaha daxil olublar6-05-2018, 15:35 |
Qazax rayonundakı Heydər Əliyev Mərkəzində yeni qurulan gənc ailənin nikah mərasimi keçirilib. Cütlüklərin toy mərasimi ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən gənclər ulu öndərin adını daşıyan mərkəzdə nikaha daxil olublar. Bugünkü mərasim Babayev Sabir Əzim oğlu və Göşşüyeva Aytac İbadət qızından ibarət cütlüklərin arzusu əsasında reallaşıb. Gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini anıb və abidəsi önünə gül dəstələri qoyublar. Sonra cütlüklər öz ailə üzvləri və doğmaları ilə birlikdə Heydər Əliyev Mərkəzinə gəliblər. Orada nikah mərasimi təşkil olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev nikah mərasimində çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından yeni ailə quran gəncləri səmimi qəlbdən təbrik edib, valideynlərinə gözaydınlığı verib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ərəfəsində belə bir mərasimin təşkil olunmasını yüksək qiymətləndirərək gənclərə ailə xoşbəxtliyi, firəvanlıq və xoş günlər arzulayıb. RİHB Aparatında aparıcı məsləhətçi Kəmalə Cəfərova və Qazax rayon Qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova çıxış edərək nikah mərasimləri keçirilən hər iki gəncə ailə səadəti arzulayıb, bu gözəl gün münasibətilə valideynlərini təbrik ediblər. Sonda gənclər tərəfindən imzalar atıldıqdan sonra hər iki gəncin ailə nikahları rəsmi qeydə alınıb. GOYEZEN.AZ
Geri qayıt |