Əsas Səhifə > Gənclər > Yeni layihə müharibənin ekologiyaya vurduğu ziyana həsr olunub
Yeni layihə müharibənin ekologiyaya vurduğu ziyana həsr olunub18-04-2018, 10:00 |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkiaşfına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə növbəti layihənin həyata keçirilməsinə başlanılıb.
15 aprel tarixindən başlayan “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihənin əsas məqsədi bu haqda gənclərə ətraflı məlumat verməkdir. Layihə çərçivəsində "Qara bağ - ekoloji terrorun qısa annotasiyası" adlı qısametrajlı sənədli filmin çəkilşi də nəzərdə tutulub. Layihəyə əsasən may ayı ərzində Qazax, Ağstafa və Şəmkir rayonlarında filmin təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır. Bundan başqa, Qazax Dövlət Rəsm Qalereyasında ekoloji terrora həsr olunmuş rəsm müsabiqəsi də təşkil ediləcəkdir. Məlumat üçün qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihə 15 iyul 2018-ci il tarixdə başa çatacaqdır. Onu da qeyd edək ki, layihənin informasiya dəstəyi GOYEZEN.AZ saytıdır. Geri qayıt |