Əsas Səhifə > Gənclər > Qazaxda gənclər üçün silsilə mütaliə tədbirlərinə start verilib
Qazaxda gənclər üçün silsilə mütaliə tədbirlərinə start verilibBu gün, 14:40 |
|
Proqramın ilk günündə gənclər Qazax Mərkəzi Kitabxanası ilə yaxından tanış olublar. Ziyarət zamanı iştirakçılara kitabxananın zəngin fondu, oxucu zalının fəaliyyəti və mövcud ədəbiyyatlar barədə geniş məlumat verilib. Gənclər həmçinin kitabxana fonduna yeni daxil olan kitabların qeydiyyata alınması və kataloqlaşdırılması prosesini canlı izləyib, bu prosesdə yaxından və praktiki olaraq iştirak ediblər. Tanışlıq mərhələsindən sonra tədbir geniş tərkibli dəyirmi masa arxasında müzakirə formatında davam etdirilib. Dəyirmi masanın açılışında çıxış edən Mərkəzi Kitabxananın direktoru Fəridə Xudiyeva və Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova bu cür layihələrin gənclərin intellektual inkişafındakı əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, hər iki qurumun birgə tərəfdaşlığı ilə reallaşan bu fəaliyyətlər müəyyən bir zaman kəsiyi ilə məhdudlaşmayacaq, tamamilə silsilə və davamlı xarakter daşıyacaqdır. Təşkilatçılar gənclərə mütaliə sevgisini aşılamaq məqsədilə başladıqları bu yolun uzunmüddətli olmasını hədəflədiklərini və fərqli platformalarda yeni layihələrlə davam etdiriləcəyini diqqətə çatdırıblar. Daha sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov kitab oxumağın və mütaliə vərdişlərinin fərdin dünyagörüşünün formalaşmasındakı müstəsna rolundan bəhs edib, gənclərə gələcək fəaliyyətlərində mütaliəni prioritet istiqamətə çevirməyi tövsiyə edərək başlanılan bu xeyirli təşəbbüsü yüksək qiymətləndirib. Mütaliə layihəsi çərçivəsində növbəti görüşlər fərqli məkanlarda, açıq havada və interaktiv formatlarda mütəmadi olaraq davam etdiriləcəkdir.
Geri qayıt |