Əsas Səhifə > Fotoqalereya > Canalı kənd uşaq bağçası -

Canalı kənd uşaq bağçası -


21-08-2018, 17:21
Canalı kənd uşaq bağçası -
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində yeni bir həyat verilən bağçalardan biri də Canalı kənd uşaq bağçasıdır. Qeyd edək ki, uşaq bağçasının binası günün tələblərinə cavab vermirdi. İcra Başçısı bunu nəzərə alaraq bağçanın əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Rayon rəhbərliyinin tapşırığına əsasən təmirdən sonra bağçanın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturlar yaradılıb və müasir görkəmə salınıb. Belə ki, bağçada əsaslı təmir işləri aparılaraq bütün otaqlar yenidən qurulub. Binanın xarici fasadı və otaqlardakı divarlar rənglənib, döşəmə yenilənib. Bağçanın köhnə su-kanalizasiya xətti yenilənib. Yeni mətbəx yaradılıb və sanitar qovşaqlarda, eləcə də digər otaqlarda təmir işləri aparılıb. Ən əsası da müasir istilik sistemi ilə təmin olunub. Eyni zamanda uşaqlar üçün lazım olan bütün inventarlar alınıb.

Məlumat üçün qeyd edək ki, 26 iyul 2018-ci il tarixdə əsaslı təmirdən sonra açılışı olan 20 yerlik Canalı kənd uşaq bağçası 1 böyük qruplu bağçadır.

Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
Canalı kənd uşaq bağçası -
GOYEZEN.AZ

Geri qayıt