Əsas Səhifə > Ədəbiyyat > Qazaxda ”Heydər Əliyev İli” çərçivəsində şairlərlə görüş keçirilib

Qazaxda ”Heydər Əliyev İli” çərçivəsində şairlərlə görüş keçirilib


23-05-2023, 23:52


Mayın 23-də “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon Mədəniyyət Mərkəzində Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə "Mədəniyyətə bağlı ömür" adlı ədəbi-bədii gecə keçirilib. 

Tədbirdə şairlər, yaradıcı şəxslər, saz-söz ustaları, mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Mərkəzi kitabxananın təşkil etdiyi Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçiriblər.

Tədbirin aparıcısı Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova tədbiri öz şeirləri ilə açıb. 

Tədbirdə çıxış edənlər Ulu Öndərlə bağlı xatirələrindən, dahi şəxsiyyətlə olan görüşlərindən, onun Azərbaycan mədəniyyətinə olan töhfələrindən danışıblar. 

Şairlər və mədəniyyət işçiləri dahi rəhbərə həsr etdikləri şeirlərini söyləyiblər. 



Geri qayıt