Əsas Səhifə > Ədəbiyyat > Bir də Səməd yaranmadı
Bir də Səməd yaranmadı11-09-2017, 10:12 |
Öldü Səməd, öldü sənət, Ülfü, ülfət yaranmadı. Həqiqət var, bir həqiqət, Sözdə qüdrət yaranmadı. Şair oldu əzəmətli. İnsan oldu ləyaqətli. Vurğun kimi səxavətli, Bir şəxsiyyət yaranmadı. Ona əyri baxanlara, Ona qara yaxanlara. Ona qarşı çıxanlara, Onda nifrət yaranmadı. Dünya, sənin sual-sorğun, Tamillanı saldı yorğun. Bir Dilboz at, bir də Vurğun, Bir də Səməd yaranmadı. Tamilla POLADLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Geri qayıt |