Əsas Səhifə > Ədəbiyyat > “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və paytaxtımızda abidəsinin ucaldılması təkcə ölkəmiz üçün deyil, bütün türk dünyasında əlamətdar bir gün kimi qarşılanacaq”

“Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və paytaxtımızda abidəsinin ucaldılması təkcə ölkəmiz üçün deyil, bütün türk dünyasında əlamətdar bir gün kimi qarşılanacaq”


14-12-2021, 22:47


Allahverdi Allahverdiyevdən, 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman diqqət mərkəzində olub. Bununla yanaşı, Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edən ustad sənətkar Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil etməkdədir.

Cənab Prezident, Sizin bu görkəmli el sənətkarına verdiyiniz yüksək dəyər heç bir zaman unudulmayacaq. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və paytaxtımızda abidəsinin ucaldılması təkcə ölkəmiz üçün deyil, bütün türk dünyasında əlamətdar bir gün kimi qarşılanacaq.

Aşıq sənətinə və mədəniyyətinə verdiyiniz bu böyük töhfə ələsgərsevərləri sonsuz sevincə qərq etmiş, bu sahənin inkişafında geniş imkanlara yol açmışdır. Bütün bunlara görə Sizə sonsuz təşəkkür edir və minnətdarlıqlarımızı çatdırırıq.

Hörmətlə,

Allahverdiyev Allahverdi Aydın oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.

14 dekabr 2021-ci il


Geri qayıt