Əsas Səhifə > Ədəbiyyat > Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə...

Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə...


19-10-2020, 17:52


Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr hər bir Azərbaycan vətəndaşının böyük sevincinə səbəb olur. Rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün hər kəs tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq da, Ali Baş Komandanın "İrəli!” əmrini gözləyən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də, hər kəs Azərbaycan əsgəri deyir. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizdən tezliklə sağalıb düşmənə layiqli cavablarını vermələrini istəyir. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanması üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olmağı, birlik, həmrəylik nümayiş etdirməyi bir vətəndaş olaraq özlərinə borc bilirlər.


Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələri xaricdə yaşayan soydaşlarımız da sevinc hissi ilə qarşılayırlar. Uzun illərdir Türkiyədə yaşayan həmyerlimiz Sənətşünaslıq Elmləri Doktoru Qaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının Professoru İlqar Cəmil oğlu İmamverdiyev də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun daha böyük qələbələr qazanacağına inanır. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığından, dostluğundan ürəkdolusu söz açan həmyerlimiz bunu yazmış olduğu "Azərbaycan-Türkiyə” adlı şeirində də bir daha tərənnüm edib. İki qardaş ölkənin birliyini özündə əks etdirən həmin şeiri təqdim edirik.

Azərbaycan, Türkiyə

Həm anamsan, həm də Vətən,                İnsanlıqda bir nur, işıq,

Azərbaycan, Türkiyə.                           Məramı dostluk, barışıq,

Könlümdə gül–çiçək bitən,                     Bu cahana bir yaraşıq,

Azərbaycan, Türkiyə.                           Azərbaycan, Türkiyə.


Biri ulduz, biri aydır,                            Biri üzük, biri qaşdır,

Biri sultan, biri bəydir.                          Biri gövdə, biri başdır,

Ülvi isim, ulu soydur,                           Dini bir ekiz qardaşdır,

Azərbaycan, Türkiyə.                           Azərbaycan, Türkiyə.

 

Bir dəryanın, iki çayı,                          Bir baxışda iki gözdür,

Biri əmi, biri dayı,                              Biri atəş, biri közdür,

Bir qismətin iki payı,                           Ürəyimdə iki sözdür.

Azərbaycan, Türkiyə.                           Azərbaycan, Türkiyə.

 

Bir millətdi, iki dövlət,                         Biri şərəf, biri şandır,

Qardaşlıqda var sədaqət,                      Biri damar, biri qandır,

Biri cürət, biri qeyrət,                          Varlığımda iki candır,

Azərbaycan, Türkiyə.                           Azərbaycan, Türkiyə.

 

Biri əkmək, biri çörək,                         Qan rəngində bayrağım al,

Biri lazım, biri gərək,                           Türk oğluna bax ilham al,

Bu sinəmdə iki ürək,                           Haqq uğrunda zəfərlər çal,

Azərbaycan, Türkiyə.                           Azərbaycan, Türkiyə.

 

İlqar Cəmil edər bəyan,

Qüdrətindir Bakı-Ceyhan,

Tanrım yardım etsin hər an,

Azərbaycan–Türkiyə.

 

                                Azerbaycan, Türkiye

Hem annemsin, hem de Vatan,        İnsanlıkta bir nur, ışık,

Azerbaycan, Türkiye.                    Meramı dostluk, barışık,

Gönlümde gül-çiçek biten,              Bu cihana bir yakışık,

Azerbaycan, Türkiye.                    Azerbaycan, Türkiye.

 

Biri yıldız, biri aydır,                     Biri yüzük, biri taştır,

Biri sultan, biri beydir                   Biri gövde, biri baştır,

Ulvi isim, ulu soydur,                    Dini bir ikiz kardeştir,

Azerbaycan, Türkiye.                    Azerbaycan, Türkiye.

 

Bir deryanın, iki çayı,                    Bir bakışta iki gözdür,

Biri emmi, biri dayı,                      Biri ateş, biri közdür,

Bir kısmetin iki payı,                     Yüreğimde iki sözdür.

Azerbaycan, Türkiye.                     Azerbaycan, Türkiye.

 

"Bir millettir, iki devlet”,                  Biri şeref, biri şandır,

Kardeşlikte var sadakat,                  Biri damar, biri kandır,

Biri cüret, biri gayret,                     Varlığımda iki candır,

Azerbaycan, Türkiye.                      Azerbaycan, Türkiye.

 

Biri ekmek, biri çörek,                     Kan renginde bayrağım al,

Biri lazım, biri gerek,                      Türk oğluna bak ilham al,

Bu göğsümde iki yürek,                   Hak uğrunda zaferler çal,

Azerbaycan, Türkiye.                      Azerbaycan, Türkiye.

 

İlgar Cemil eder beyan,

Kudretindir Bakü-Ceyhan.

Rabbim yardım etsin her an,

Azerbaycan, Türkiye.

Prof. Dr. İlgar Cəmiloğlu İmamverdiyev


Geri qayıt