Əsas Səhifə > Ədəbiyyat > Qazaxda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib
Qazaxda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilibBu gün, 19:40 |
|
Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib. Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən tədbirdə filialın direktoru, dosent Arif Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, AYB-nin Qazax bölməsinin ədəbi məsləhətçisi, filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Mustafa Rasimoğlu, ziyalılar, filialın müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun kitablarından ibarət sərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək simpozium iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncam Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Xalq şairi Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, misilsiz xidmətlərindən söz açan G.Quluyeva onun zəngin irsinin və yaradıcılığının bu gün də gənc yazarlara, şairlərə örnək olduğunu qeyd edib. Natiq Ulu Öndər Heydər Əliyevin Xalq şairinin yaradıcılığına yüksək dəyər verməsindən, Ümummilli Liderin böyük şairə olan səmimi münasibətinin, verdiyi dəyərin bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. O, ölkə başçısının müvafiq sərəncamı ilə bu il Səməd Vurğunun 120 illiyinin geniş şəkildə qeyd olunmasını mühüm hadisə, eyni zamanda Xalq şairinin timsalında, simasında bütün yazarlara verilən böyük dəyər kimi qiymətləndirib. G.Quluyeva sözügedən sərəncamdan irəli gələn vəzifələrin layiqincə icra edilməsi üçün şairin doğulub boya-başa çatdığı doğma Qazax elində də silsilə tədbirlərə start verildiyini, bugünkü simpoziumun da həmin tədbirlərin davamı olduğunu bildirib və simpozium iştirakçılarına uğurlar arzulayıb. Tədbirdə çıxış edənlər Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən, milli poeziyanın inkişafında müstəsna rolundan danışıblar. Filialın tələbələri şairin şeirlərini səsləndirib, sözlərinə yazılmış mahnını ifa ediblər. Tədbirin sonunda Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Geri qayıt |