Qazax Rayon İcra Hakimiyyəti Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə Qazax rayonundan olan gənclər arasında “İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” adlı məqalə müsabiqəsini elan edir
Müsabiqə "İsmayıl Şıxlının 100 illiyinin
qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu
il tarixli sərəncamının mahiyyətinə uyğun olaraq, Xalq yazıçısı İsmayıl
Şıxlının ədəbi-bədii irsinin təbliği, Qazax rayonundan olan gənclər arasında
ədəbiyyata olan marağın artırılması, həmçinin, İ.Şıxlı əsərlərindəki vətənəpərvərlik və doğma yurda məhəbbət
hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii
dünyagörüşünün formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə
keçirilir. Müsabiqəyə 29 yaşa qədər gənclər qatıla
bilər. Müsabiqədə iştirak etmək istəyənlərə ad və soyad, təvəllüd, əlaqə
nömrəsi qeyd etməklə yazdıqları məqaləni 2019-cu il aprel ayının 30-dək qeyd
olunan elektron ünvana göndərmələri xahiş olunur. (email:
akif_a_off@mail.ru əlaqə telefonu (050) 791-21-11) Münsiflər heyəti tərəfindən öz duyğu və
düşüncələri ilə yazılmış məqalələrə üstünlük veriləcəkdir. Münsiflər heyəti tərəfindən seçilmiş məqalələrin
müəllifləri diplom və təşəkkürnamə ilə təltif ediləcəklər. Həmçinin, qiymətli
hədiyyələrlə mükafatlandırılacaqlar. Yekun olaraq seçilmiş məqalələrdən
ibarət jurnal çap olunacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş