Əsas Səhifə > Cəmiyyəy > “Yerli demokratiya həftəsi” keçirilib
“Yerli demokratiya həftəsi” keçirilib10-11-2016, 16:26 |
“Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində bələdiyyələr tərəfindən müxtəlif tədbirlər görülübBələdiyyələrdə “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində tədbirlərin keçirilməsi artıq bir ənənə şəklini alıb. Bələdiyyələr yarandığı gündən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Mövcud ənənə bu ildə də davam etdirilib. Bu məqsədlə rayonumuzdakı bələdiyyələrə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair tövsiyələr verilib. Həmin tövsiyələrdə “Demokratiya Həftəsi"nin 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək keçirilməsi nəzərdə tutulub. Bələdiyyələrdə daxil olmuş məktub əsasında “Demokratiya Həftəsi"nin keçirilməsi məqsədilə müxtəlif tədbirlərin görülməsinə başlanılıb. Rayonumuzdakı şəhər və kənd bələdiyyələrində tövsiyədə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə hazırlıq işləri görülüb. Bütün bələdiyyələrdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” sözləri şüar kimi yazılıb kəndlərin mərkəzi hissəsinə vurulub. Həftə ərzində bələdiyyələr “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirdiyi layihələr barədə şəhər və kənd sakinlərinə hesabatlar verib. Bələdiyyələrin gördüyü ən əsas işlərdən biri də 2017-ci ildə görüləcək işlərin, həyata keçiriləcək layihələrin və bələdiyyə büdcəsinin müzakirə olunmasıdır. Bu məqsədlə bələdiyyə üzvləri yerli vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlər keçirib, öz fəaliyyətləri barədə sakinlərə məlumatlar veriblər. “Demokratiya Həftəsi" çərçivəsində görülən işlərdən biri də “Bələdiyyə poçt qutuları”nın quraşdırılmasıdır. Bu tövsiyənin yerinə yetirilməsi məqsədilə istər şəhərdə, istərsə də kəndlərdə “Bələdiyyə poçt qutuları” qoyulub. Bələdiyyələr həftə ərzində poçt qutularına daxil olan məktubları müzakirə edib, qaldırılan məsələnin həlli istiqamətində tədbirlər həyata keçiriblər. Bələdiyyələrə daxil olmuş tövsiyələrdə “Açıq qapı” günlərinin elan edilməsi və vətəndaşların qəbulunun təşkili də qeyd olunub. Verilən tövsiyənin həyata keçirilməsi istiqamətində operativ işlər görülüb. Belə ki, bütün bələdiyyələrdə əvvəlcədən “Açıq qapı” günləri elan edilib və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunub. Bununla yanaşı tövsiyələrdə nəzərdə tutulmuş “Qaynar xətt” telefon nömrəsi də bütün bələdiyyələrdə elan edilib. Vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə şəhər və kəndlərin müxtəlif ərazilərinə “Qaynar xətt” telefon nömrələri yazılıb vurulub. Bələdiyyələr “Qaynar xətt” telefon nömrəsinə daxil olmuş zəngləri qeydə alıb və onları ətraflı olaraq cavablandırıblar. Bələdiyyələr daxil olmuş tövsiyəyə uyğun olaraq yerli Kütləvi İnformasiya Vasitələri ilə öz işlərini sıx şəkildə qurublar. Bu məqsədlə “Göyəzən” rayon qəzetinin və “GOYEZEN.AZ” saytının əməkdaşları bələdiyyələrdə olub və görülmüş işləri qəzet səhifələrində geniş işıqlandırıblar. Geri qayıt |