Əsas Səhifə > Təhsil > Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir

Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir


29-01-2018, 19:55
Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir
Gənc rəssam, həmyerlimiz Akif Əmirovun imzası sənətsevərlərə yaxşı tanışdır. O, YBT (Yalnızca Barışa Tarafız) Birliyinin Azərbaycan təmsilçisi, UASB (Uluslararası Aktivist Sanatçılar Birliyi)-nin üzvü olmaqla dəfələrlə respublikamızı xarici ölkələrdə təmsil etmişdir. A.Əmirovun rəssamlıqla yanaşı, ölkəmizdə bir çox sərgilərin təşkil edilməsində də zəhməti böyükdür. O, xüsusilə doğulub boya-başa çatdığı Qazax rayonunda respublikamızın tanınmış rəssamlarının iştirakı ilə sərgilər təşkil etmiş, rayonda bu sahədə istedadı olan uşaqların üzə çıxarılıb tanınmasında öz əməyini əsirgəməmişdir. Bununla yanaşı, Qazaxda bir çox layihələr həyata keçirmişdir.

A.Əmirov Qazax rayon məktəblərinin təsviri incəsənət müəllimləri və körpələr evi-uşaq bağçaları təbiyəçilərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirib. Tədbir gənc rəssamın vaxtilə təhsil aldığı Səməd Vurğun adına Qazax şəhər 2 saylı tam orta məktəbdə baş tutub. Keçirilən tədbirdə A.Əmirov rəhbəri olduğu layihədən danışaraq incəsənət sahəsi ilə əlaqədar maarifləndirici çıxışlar edib və bununla bağlı müəllimlərlə fikir mübadiləsi aparıb.

Sonra Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, Qazax Təhsil şöbəsinin nümayəndəsi Məhəmməd Cəfərov, S.Vurğun adına 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev və başqaları çıxış edərək müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Növbəti tədbirlər haqqında müzakirlər edilib, təklif və istəklər nəzərə çatdırılıb.

Beləliklə, Qazaxda daha bir layihəyə start verilib.

Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir
Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir
Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir
GOYEZEN.AZ


Geri qayıt