Əsas Səhifə > Təhsil > 20 Yanvar faciəsi məktəblilərin gözü ilə

20 Yanvar faciəsi məktəblilərin gözü ilə


18-01-2018, 15:30
20 Yanvar faciəsi məktəblilərin gözü ilə
Qazax rayon Gənclər və İdman İdarəsi, Qazax Dövlət Rəsm Qalereyası və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Şəhidlər unudulmur" başlığı altında sərgi və müsabiqə keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Qalereyanın direktoru Münəvvər Xəlilova açaraq 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşı olmasından danışıb.

Sonra rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək tariximizə “Qanlı Yanvar” adı ilə düşmüş hadisələrdən söz açıblar.

Sonda 6 nəfər gənc rəssam (hər yer üçün 2 nəfər olmaqla) müsabiqənin qalibi olub. Nəzrin Dərziyeva, Fərid Mikayılov I yerə, Nərgiz Nadirova, İsmayıl Tanrıverdiyev II yerə, Sübhan Mollayev və Gülnar Həsənova isə III yerə layiq görülüblər. Qaliblər Qazax Dövlət Rəsm Qalereyasının müvafiq diplomları, rayon Gənclər və İdman İdarəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

20 Yanvar faciəsi məktəblilərin gözü ilə
20 Yanvar faciəsi məktəblilərin gözü ilə
GOYEZEN.AZ



Geri qayıt