Əsas Səhifə > Təhsil > 20 Yanvar xalqımızın qan yaddaşı, qürur günüdür

20 Yanvar xalqımızın qan yaddaşı, qürur günüdür

15-01-2018, 18:10
20 Yanvar xalqımızın qan yaddaşı, qürur günüdür
20 Yanvar faciəsinin 28-ci il dönümü ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da dərin ehtiramla yad edilir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 28 dekabr 2017-ci il tarixli sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında anım mərasimləri keçirilir. Belə bir növbəti anım tədbiri Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilib.

Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində keçirilən anım tədbirində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
20 Yanvar xalqımızın qan yaddaşı, qürur günüdür
Kollecin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvarında törədilmiş qanlı faciəli hadisələr xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilib. Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaqdır. Bu qanlı hadisəni yaddan çıxartmaq mümkün deyil. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
20 Yanvar xalqımızın qan yaddaşı, qürur günüdür
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov çıxış edərək qeyd edib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini ümummilli lider Heydər Əliyev bildirmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini almış və həmin gün ümumxalq Hüzn Günü kimi qeyd olunmağa başlamışdır.
20 Yanvar xalqımızın qan yaddaşı, qürur günüdür
RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova öz çıxışında 20 Yanvar hadisələrinə psixoloji aspektdən yanaşaraq qanlı yanvar gününün hüzn günü deyil, Azərbaycanın azadlıq mübarizəsinin başlanğıc günü olduğunu qeyd edib.

Sonra kollecin şöbə müdiri Elvira Əfəndiyeva, tarix müəllimi Tərlan Bədəlova tədbirdə çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq salnaməsi kimi yazılmasından söz açıblar.

Kollecin tələbələrindən İlkanə Qarasaqqalova, Aytən Axundova, Nərmin Kərimova və Günay Kərimovanın ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Elçin İSMAYIL

Geri qayıt