Əsas Səhifə > Təhsil > Tariximizi yaşadan müqəddəs məkan

Tariximizi yaşadan müqəddəs məkan


20-12-2017, 17:00
Tariximizi yaşadan müqəddəs məkan
Xəbər verdiyimiz kimi, artıq iki həftədir ki, rayon məktəbliləri Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olurlar. Belə ki, gün ərzində bir neçə məktəb muzeyə gələrək burada nümayiş etdirilən eksponatlarla yaxından tanış olur, rayonumuz haqqında ətraflı məlumat əldə edirlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən keçirilən bu cür maarifləndirici tədbirdə əsas məqsəd rayonumuzu, onun tarixini dərindən öyrənmək, tarixi şəxsiyyətlərini, şairlərini, yazıçılarını, aşıqlarını yaxından tanıtmaqdır.

Hər gün bir neçə məktəbin qonaq olduğu muzeylə bu gün Alı Mustafayev adına Qazaxbəyli, Səməd Hacıyev adına Orta Salahlı, Nizami Hüseynov adına Aşağı Salahlı, Zahid Mahmudov adına Yuxarı Salahlı, Valeh Musayev adına İkinci Şıxlı, Şahnabad Nəsibova adına Sarıvəlli, Alı Əliyev adına Hüseynbəyli, Canalı kənd tam orta məktəblərin şagirdləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvləri tanış olublar.

Bələdçi Arzu Alıyeva şagirdlərə muzeyin eksponatları, Qazax rayonunun tarixi, dünəni və bu günü haqqında ətraflı məlumat verib. Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında olan məlumatlar şagirdlərə ətraflı şəkildə izah olunub. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub.

Qazax rayonunun 34 kəndini özündə əks etdirən xəritə və rayonumuz haqqında olan dolğun məlumat, “Qazax sultanlığı” və “Bəy otağı” adlı guşələrdə o dövrün xanlarına, bəylərinə məxsus olan həyat tərzi şagirdlər tərəfindən maraqla qarşılanıb.

Daha sonra muzeyin 2-ci mərtəbəsi ilə tanış olan məktəblilərə əsasən yaz və qış aylarında qurulan “Alaçıq”, bədii və etnoqrafik özəlliklərə malik geyimlərimiz, 1867-ci ildə ümumrusiya at sərgisində mükafat almış “Uzelok” ləqəbli məşhur Dilboz atı haqqında məlumat verilib.

“Səməd Vurğun”, “Aşıq sənəti”, “Qazax qəzası”, “Qazax Müəllimlər Seminariyası”, “Görkəmli şəxsiyyətlər”, “Qazax 1920-1990-cı illərdə”, “Qazax Dövlət Dram Teatrı”, “1941-1945: II Dünya müharibəsi”, “Müasir dövr”, “Azərbaycan XXI əsrdə” adlı bölmələrlə tanış olan şagirdlərə hər bölməyə aid maraqlı faktlar çatdırılıb. Şəhidlərimiz, Milli Qəhrəmanlarımız, işğal altında olan kəndlərimizin adlarını özündə əks etdirən “Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” adlı bölmədə orta məktəb şagirdlərinə müharibənin törətdiyi bəlalar, zaman-zaman xalqımızın başına gətirilən müsibətlər haqqında geniş məlumatlar verilib.

Muzeylə tanışlıqdan sonra öz təəssüratlarını bölüşən məktəblilər qeyd ediblər ki, 1 il öncə şəxsən Prezident İlham Əliyevin özünün xeyir-duası ilə istifadəyə verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyi bu gün öz möhtəşəmliyi ilə göz oxşayır. Bu gün biz məktəblilər muzeylə tanışlıqdan xoş hisslərlə ayrılıq. Muzeydə olan eksponatlar, qədimi əşyalar, ən əsası da rayonumuzun tarixi barədə maraqlı məlumatlar əldə etdik. Biz məktəblilər bizə yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımızı bildiririk.

GOYEZEN.AZ

Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan
Tariximizi yaşadan müqəddəs məkan

Geri qayıt