Əsas Səhifə > Təhsil > Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib


22-11-2017, 18:53
Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib
Bu gün Qazax rayonunun məktəblərində təhsil alan IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib. Şəhər 1 saylı tam orta məktəbdə keçirilən imtahanda rayon üzrə 40 məktəbin - 34 tam orta və 6 ümumtəhsil orta məktəblərin şagirdləri iştirak edib.

Rayon təhsil şöbəsindən GOYEZEN.AZ saytına verilən məlumata görə sınaq imtahanı Təhsil Nazirliyi tərəfindən “Təhsildə müasir qiymətləndirmənin tətbiqi” ilə bağlı keçirilib.

İmtahanda 506 nəfər şagird iştirak edib. 20 sinif otağında baş tutan imtahan 23 müəllim nəzarəti altında aparılıb. Şagirdlər 2 fəndən – ana dili və riyaziyyat fənlərindən imtahan veriblər.

İmtahanın nəticələri yaxın günlərdə məlum olacaqdır.

Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib
Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib
Geri qayıt