Əsas Səhifə > Təhsil > Qazaxlı məktəblilər Lənkaran-Masallı-Astaradan xoş təəssüratlarla qayıdıblar

Qazaxlı məktəblilər Lənkaran-Masallı-Astaradan xoş təəssüratlarla qayıdıblar

14-11-2017, 20:35
Qazaxlı məktəblilər Lənkaran-Masallı-Astaradan xoş təəssüratlarla qayıdıblar
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.

Layihə çərçivəsində noyabrın 11-dən 14-dək tur-aksiyada iştirak edən rayonumuzun məktəbliləri Lənkaran-Masallı-Astara marşrutu üzrə ekskursiya edib, respublikamızın cənub bölgəsi ilə yaxından tanış olublar.

Qrup rəhbəri Rasim Carçıyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə tur-aksiya olduqca maraqlı keçib və məktəblilər Lənkaran-Masallı-Astaradan zəngin təəssüratlarla qayıdıblar.

Bu gün axşam saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub.

Səfərdən qayıdan məktəblilər tur-aksiyanın keçirilməsinə görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlara həmişə dəstək olduğu üçün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ediblər.

Öz xoş təəssüratlarını bölüşən tur-aksiya iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Geri qayıt