Əsas Səhifə > Təhsil > "Vətənin müdafiəsinə hazıram"

"Vətənin müdafiəsinə hazıram"


13-10-2017, 16:02
"Vətənin müdafiəsinə hazıram"
Qazax rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin birgə təsdiqlədikləri əsasnaməyə uyğun olaraq rayonun orta ümumtəhsil məktəbləri arasında payız çağırışına həsr olunmuş "Marş irəli!" devizi altında "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Qazax şəhər stadionunda keçirilən yarışda 12 məktəbdən 72 nəfər (hər komandada 5 şagird və 1 müəllimdən ibarət) iştirak edib.

Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin komandası I yerə, M.Hüseyn adına məktəb-liseyin komandası II yerə, Canalı və Orta Salahlı kənd tam orta məktəblərin komandaları isə III yerə layiq görülüblər.

Komandalar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.

"Vətənin müdafiəsinə hazıram"
GOYEZEN.AZ


Geri qayıt