Əsas Səhifə > Təhsil > Məzunlar 50 ildən sonra görüşüb

Məzunlar 50 ildən sonra görüşüb


22-05-2017, 15:47
Məzunlar 50 ildən sonra görüşüb
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin məzunları 50 ildən sonra görüşüb. 1967-ci ildə həmin məktəbi bitirmiş Hüseynbəyli, Canalı, Kosalar və Qazaxbəyli kəndlərindən olan məzunların görüşündə təqaüddə olan keçmiş müəllimlər və 2017-ci il məzunları da iştirak edib.

Məktəbin direktoru Əli Hüseynov yığıncağı giriş sözü ilə açaraq görüş iştirakçılarını salamlayıb, bu görüşün hələ uzun müddət xatirələrdə qalacağını bildirib.

Görüşdə dünyasını dəyişmiş məzunların və müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon təhsil şöbəsinin müdir müavini Zakir Nəsibov çıxış edərək indiyədək belə bir təbirin rayonda ilk dəfə keçirildiyini bildirib və bu görüşün ənənəyə çevrilməsini arzu edib.

Təqaüddə olan qocaman müəllimlərdən Arif Məmmədov, Rəfiqə Hüseynova, Telli Zeynalova görüşdə keçmiş xatirələrdən söz açıblar.
Məzunlar 50 ildən sonra görüşüb
Görüşün təşəbbüskarı və təşkilatçısı, 1967-ci ilin məzunu Yasin Əliyev bu işdə ona dəstək olan rayon icra aparatına, təhsil şöbəsinə, məktəb rəhbərliyinə, keçmiş müəllimlərinə və məzun yoldaşlarına dərin minnətdarlığını bildirib.

Sonra məzunlardan Tapdıq Quliyev (Kosalar), Raqub Novruzov (Hüseynbəyli), Tofiq Hüseynov (Bakı), Liliufər Nəsibova, Mikayıl Yusifov (Sumqayıt) çıxış edərək görüşün təşkilindən hədsiz dərəcədə məmnun olduqlarını dilə gətiriblər.

Ənənənin davam etdirilməsi arzusu ilə 1967-ci ilin məzunu Rahid Orucov estafet bayrağını 1968-ci il məzunu Ramiz Yusifova təqdim edib. Məzun Yasin Əliyev isə 2067-ci ildə “50 ildən sonra” məzun-məktəb görüşünü keçirəcəklərini əminliklə qeyd edərək estafet bayrağını 2017-ci il məzunlarından Hacı Mehdixanlıya verib.

Sonda məzunlar məktəbin önündə xatirə şəkilləri çəkdiriblər.

GOYEZEN.AZ


Geri qayıt