Əsas Səhifə > Təhsil > Qazaxda Respublika Fənn Olimpiadasının rayon mərhələsi keçirilib

Qazaxda Respublika Fənn Olimpiadasının rayon mərhələsi keçirilib


12-01-2020, 13:30


Bu gün Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 12 dekabr 2014-cü il tarixli, 1256 nömrəli əmrinə əsasən IX, X, XI sinif şagirdləri arasında Respublika Fənn Olimpiadasının rayon mərhələsi keçirilib.

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil olunan Olimpiadada 423 nəfər şagird öz biliyini nümayiş etdirib.

S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Olimpiadanın təlimata uyğun, şəffaf və ədalətli şəkildə keçirilməsi üçün əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Olimpiada keçirilən məktəbdə şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Olimpiadanın gedişində heç bir neqativ hal aşkar edilməyib.

Təhsil Nazirliyinin nümayəndəsi Vəfa Emçiyeva başda olmaqla rayon Təhsil şöbəsinin əməkdaşları da Olimpiadanın qayda-qanunla aparılmasına nəzarət ediblər.

 

GOYEZEN.AZ


Geri qayıt