Son illər dövlət başçısı cənab İlham Əliyevin qayğısı sayəsində daim diqqət
mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərdir. Ölkə Prezidentinin 22
iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə
dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5
illik Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planı bu
sahədə həyata keçirilən işlərin bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının
icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə
bağlı məqsədyönlü işlər görülür. Qazax RİHB aparatı yanında fəaliyyət göstərən
"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının
Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na
müvafiq olaraq 14 oktyabr tarixindən Qazax rayonu üzrə şəhər, kənd tam orta
məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik
tədbirlərin keçirilməsi bu sahədə görülən işlərin əyani sübutudur.
Həmin iş planına əsasən "Narkomanlıqla bağlı
hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış
yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra
hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi", "Ali və
orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə,
insanların sağlamlığına ziyanı” barədə təbliğat aparılması, tələbələrin və
şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması, "Narkotiklərdən
zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının
həyata keçirilməsi” ilə bağlı təşkil olunmuş tədbirlərdə qeyd olunan mövzu
barədə geniş maarifləndirici söhbətlər aparılır.
Növbəti psixoprofilaktik tədbirlər Daş Salahlı kənd Araz
Əmilov adına 1 və Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəblərində təşkil
olunub. Əvvəlki tədbirlərdə olduğu kimi, bu görüşlərdə də şagirdlərlə narkomaniya
və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol
hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları barədə
müzakirələr edilib.
Tədbirdə iştirak edən Qazax RİHBA-nın aparıcı
məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Təhsil şöbəsinin aparıcı
məsləhətçisi Təanə Səmədova, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının
narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin müstəntiqi Yunis Quliyev, DYPB-nin
inspektoru, polis kapitanı Elxan Əhmədov, yetkinlik yaşına çatmayanların işləri
üzrə inspektor Ramil Sadıqov, ictimai təhlükrəsizlik bölməsinin polis sahə və
əməliyyat müvəkkilləri mövzu ətrafında dolğun məlumatlar çatdırıb, dövlət
tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə yollarından danışıblar.
Sonda məktəbliləri maraqlandıran suallar
cavablandırılıb. Məktəblilər tərəfindən "Narkomaniyaya yox deyək” başlıqlı
kompozisiya nümayiş olunub.
GOYEZEN.AZ
Geri qayıt
|