Əsas Səhifə > Təhsil > Nargis” Fondu və “Samsung” şirkəti Qazaxda balacaları sevindirib

Nargis” Fondu və “Samsung” şirkəti Qazaxda balacaları sevindirib


6-09-2019, 20:26


Bu gün hər zaman uşaqların parlaq gələcəyinə dəstək olan "Nargis” Fondu "Samsung” şirkəti ilə birgə həyata keçirdiyi "Technological embrace” adlı lahiyə çərçivəsində Qazaxda balacaları sevindirib. Belə ki, Qazax şəhəri Heydər Əliyev adına parkda açıq havada "CinemaTruck”ın cizgi filmi nümayiş olunub. Cizgi filmini maraqla izləyən 100-dən çox uşaq xoş anlar yaşayıblar. Fond tərəfindən verilən hədiyyələr isə bir daha körpə sevincinə səbəb olub.  

Regionlarda yaşayan uşaqları müasir texnologiyalara daha yaxın etmək, dünyagörüşlərini və texnoloji maraqlarını artırmaq, dərs proseslərini daha interaktiv və maraqlı keçirmək şansı qazandırmaq, uşaqların asudə vaxtını səmərəli və əyləncəli şəkildə təşkil etmək məqsədilə həyata keçirilən layihə valideynlər tərəfindən də minnətdarlıq və razılıq hissi ilə qarşılanıb.

McCann Baku reklam şirkətinin əməkdaşı Anar İsmayılov Qazaxda layihənin uğurla icra olunmasına və filmin nümayişi üçün yaradılan şəraitə, göstərilən qonaqpərvərliyə görə "Nargis” Fondunun, "Samsung” şirkətinin əməkdaşları və öz adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Növbəti səfərin Gəncə şəhəri olduğunu diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, Gəncə şəhər, Quba, Zaqatala, Sabirabad, Ağdam Qazax rayonlarında həyata keçiriləcək layihəyə ilk olaraq Qazaxdan start verilib.




 

GOYEZEN.AZ


Geri qayıt