Əsas Səhifə > Təhsil > Buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşaların TƏLƏBLƏRİ açıqlandı

Buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşaların TƏLƏBLƏRİ açıqlandı


27-02-2017, 09:20
Buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşaların TƏLƏBLƏRİ açıqlandı
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşaların Tələbləri açıqlayıb.

Ümumi təhsil müəssisələrində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. Qeyd edək ki, imtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.

Aşağıdakı linklərdə 2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələr (azərbaycan və rus dilində) təqdim edilib.

2017-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqqında

2017-ci ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqqında

2017-ci ildə ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün inşa (esse) mövzularına nümunələr

Geri qayıt