Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub


13-07-2019, 12:48


Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi Bakı Dövlət Universitetinin Qazax filialında qeyd olunub. Bununla əlaqədar filialda professor və müəllimlərin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin filialın foyesindəki büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.

 

Filialın direktoru, dosent Arif Rüstəmov tədbirdə çıxış edərək ümummilli liderin 1969-cu il iyulun 14-də ilk dəfə olaraq Azərbaycanda siyasi rəhbərliyə gəldiyini qeyd edib. Heydər Əliyevin dahi, uzaqgörən, müdrik siyasətçi, müasir Azərbaycanın yaradıcısı olduğunu bildirib.

A.Rüstəmov Heydər Əliyevin dünya siyasətində mövqeyi, ölkənin bugünkü uğurlarında onun siyasətinin rolu olduğunu vurğulayıb. Bu gün uğurla davam edən Heydər Əliyev siyasətinin xalqa, dövlətə gətirdiyi nailiyyətləri real rəqəmlərlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Respublika Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu böyük siyasəti uğurla davam etdirdiyini vurğulayıb.


 

GOYEZEN.AZ


Geri qayıt