Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib


13-06-2019, 09:28


Bakı Dövlət Universitetinin Qazax filialında "Məzun günü” qeyd edilib. Filialın qarşısında təşkil olunan tədbirdə təhsil ocağının məzunları ilə yanaşı, professor və müəllimlər, tələbələr, valideynlər iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Aparıcılar 2016-cı ildən fəaliyyətə başlayan filialda ilk dəfə "Məzun günü” keçirildiyini bildiriblər.

Filialın direktoru, dosent Arif Rüstəmov tədbirdə çıxış edərək məzun adını qazanan bütün tələbələri təbrik edib, gənclərə öz tövsiyələrini verib: "Böyük hədəflərə gedən yol məhz, bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”.

Professor Hüseyn Xəlilov, filialın direktor müavini, dosent Məmməd Yusifov, müəllimlərdən Mübariz Süleymanov çıxış edərək məzunlara arzu və istəklərini çatdırıblar. Söz alan məzunlar onların bilikli və təcrübəli mütəxəssis kimi yetişmələrində əməyi olan bütün professor və müəllimlərə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə təhsil sahəsində fərqlənən bir qrup məzuna Fəxri Fərmanlar verilib.

Sonra tədbir tələbələrin təşkil etdikləri bədii proqramla davam edib.






 

GOYEZEN.AZ


Geri qayıt