Əsas Səhifə > Təhsil > Qazaxda sınaq imtahanları keçirilib

Qazaxda sınaq imtahanları keçirilib


7-02-2017, 16:59
Qazaxda sınaq imtahanları keçirilib
Qazax rayon ümumi təhsil məktəblərinin IX sinif şagirdlərinin yeni qaydalar əsasında buraxılış imtahanlarına hazırlıq məqsədilə 05 fevral 2017-ci il tarixdə sınaq imtahanları keçirilib.

İmtahanlar Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə təşkil olunub. İstifadə olunan imtahan materialları “Kaspi Təhsil Mərkəzi” tərəfindən tərtib edilib.

İmtahanlar rayon üzrə üç mərkəzdə keçirilib. Şəhər 1 saylı tam orta məktəbindəki mərkəzdə 21 məktəbdən 603 şagird, Daş Salahlı kənd 2 saylı tam orta məktəbindəki mərkəzdə 10 məktəbdən 186 şagird, Birinci Şıxlı kənd tam orta məktəbindəki mərkəzdə 9 məktəbdən 203 şagird imtahanlara cəlb edilib.

Rayon üzrə cəmi 35 nəfər şagird üzürlü və üzürsüz səbəblərdən imtahanlarda iştirak etməyib.

İmtahan şagird, müəllim və valideynlər tərəfindən böyük razılıqla qarşılanıb. Bütün bu görülən işlərə görə rayon və təhsil ictimaiyyəti Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Geri qayıt