Əsas Səhifə > Təhsil > Bakı Dövlət Universitetinin Qazax filialında imtahan sessiyası başlayıb

Bakı Dövlət Universitetinin Qazax filialında imtahan sessiyası başlayıb


10-01-2019, 16:28


Artıq bir neçə gündür ki, BDU-nun Qazax filialında 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Bununla əlaqədar əvvəlcədən lazımi hazırlıq işləri görülüb, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, yanvar ayının 3-dən start götürən semestr imtahanlarında heç bir qayda pozulması hallarına təsadüf olunmur, tələbələrin biliklərinin qiymətləndirilməsində obyektivlik təmin olunur.

İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə filialda Qərargah yaradılıb. Qəragahın nəzdində  "Qaynar xətt” fəaliyyət göstərir.

BDU-nun Qazax filialında 17 ixtisas üzrə 39 qrupda imtahan keçirilir. Sessiyada 1085 tələbə iştirak edir. İmtahanların yoxlanılması prosesinə 50 nəfərə yaxın müəllim cəlb olunub. İmtahanların gedişinə nəzarət etmək üçün koordinator ayrılıb.

Filialda payız semestri ərzində tələbələr 229 imtahan verəcəkdir. Orta hesabla hər gün  9-12 arası imtahan keçirilir.

Payız semestrinin imtahan sessiyası yanvar ayının 31-dək davam edəcəkdir.



                                        

 


Geri qayıt