Əsas Səhifə > Təhsil > Quşçu Ayrım kəndində uşaqlara bayramqabağı hədiyyələr təqdim edilib

Quşçu Ayrım kəndində uşaqlara bayramqabağı hədiyyələr təqdim edilib


15-12-2018, 15:24

Yeni il münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir. İlk olaraq yeni il ərəfəsində Qazaxın sərhəd kəndi olan Cəfərli kəndində Qazax RİHB Aparatının məsul işçilərinin, "ASAN Könüllüləri” Təşkilatının və "AccessBank Azerbaijan”ın nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirilmişdir. Şənlikdə "ASAN Məktub” "AccessBank Azerbaijan”la birlikdə bu kənddən, eləcə də Bala Cəfərli kəndindən olan 150-dək uşağa bayramqabağı hədiyyələr təqdim etmişlər.


Keçirilən tədbirlərin davam olaraq bu gün rayonun sərhəd kəndi olan Quşçu Ayrım kəndində də "Mountain Host Azerbaijan” turizm şirkəti tərəfindən Quşçu Ayrım kəndindən olan 96 uşağa bayramqabağı hədiyyələr təqdim edilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparacı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, baş məsləhətçi Sərdar Orucov, gənc rəssam Akif Əmirov, layihə rəhbəri Mürsəl Qasımov, fotoqraf İradə Qədirova və turizm təşkilatının nümayəndələri iştirak ediblər.

RİHB aparatında aparacı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək körpələri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra gənc rəssam Akif Əmirov çıxış edərək gələcəyimiz olan körpələrə göstərilən qayğıya və əsası ulu öndər tərəfindən qoyulmuş uşaq siyasətinin bu gün də uğurla davam etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eləcə də layihənin həyata keçirilməsində əməyi olan insanlara dərin minnətdarlığını bildirib.


Daha sonra turizm şirkətinin nümayəndələri körpələrin qarşıdan gələn bayramlarını təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu ediblər.

Çıxışlar başa çatdıqdan sonra öz hədiyyələrini səbirsizliklə gözləyən körpələrə hədiyyələri təqdim olunub.

Sonda uşaqlarla xatirə şəkli çəkilib.

















GOYEZEN.AZ

Geri qayıt