Əsas Səhifə > Təhsil > Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub

Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub


18-08-2018, 11:48
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
“Azərbaycan bayrağı ordeni“ ilə təltif olunmuş şəhid Hacımahmudova Qaratel Şəmi qızının adının əbədiləşdirildiyi Qazax şəhər ümumi orta məktəbdə anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagirdləri qəhrəman şəhid xanımın abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
Məktəbin direktoru Yeganə Göyüşlü tədbiri giriş sözü ilə açaraq Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd oğul və qızlarımızın hər zaman qəlblərdə yaşadığını qeyd edib. Canlarını Vətən uğrunda fəda edən şəhidlərimizi, xalqın igid övladlarını dərin ehtiramla, böyük sevgi ilə yad etməyin hər bir azərbaycanlı üçün ən əsas vəzifə olduğunu bildirib. Qaratel Hacımahmudovanın şərəfli və qəhrəmanlıq nümunəsi olan ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib.
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
Tədbirdə şəhidin döyüş yoldaşlarının xatirələrindən hər kəsə örnək olacaq faktlar şagirdlərin diqqətinə çatdırılıb. Q.Hacımahmudova ilə birgə 14 iyun 1992-ci ildə şəhid olan Mərdan Əsgərov, Şəmistan Əmiraslanov, Surxay Məmmədov, Alı Alıyevin də xatirələri hörmətlə yad edilib.

Həmçinin “Azərbaycanın Milli Qəhrəmanı“ adını almış qadınlar - Salatın Əsgərova (jurnalist), Gültəkin Əsgərova (həkim) və Qazaxın Daş Salahlı kəndindən olan mərhum döyüşçü xanım Vəfa Mansurova haqqında da məlumat verilib.

Tədbirin sonunda məktəbin V sinif şagirdləri Halə Camalova, Nərmin İskəndərova, VII sinif şagirdləri Əsgər Hacıyev, Aysun Bənnayeva, Sədaqət Camalova, VIII sinif şagirdi Nicat Nağıyev, IX sinif şagirdi Ülkər Əliyeva qəhrəman şəhidə həsr olunmuş şeirlər və poemalardan parçalar söyləyiblər.

A.Mustafayevin “Şəhidlər”, Xalq şairləri M.Dilbazinin “Şəhid anası”, B.Vahabzadənin “Bayraq”, H.Arifin “Qaratel balam”, A.Şaiqin “Marş” şeirlərində, M.İlqarın “Qaratel” dastanından təqdim olunan parçalarda şəhidlərin ölməzliyi, Vətənin bölünməzliyi bir daha nümayiş olunub, şagirdlərin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması öz əksini tapıb.

Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
Şəhid Qaratel Hacımahmudovanın 70 illik yubileyi adını daşıdığı məktəbdə qeyd olunub
GOYEZEN.AZ

Geri qayıt