Əsas Səhifə > Təhsil > Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib

Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib


25-05-2018, 10:18
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri QSC, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycanım” adlı Respublika Uşaq Rəsm Festivalının rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Qazax rayon məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 16 ən yaxşı rəsmin müəllifləri də iştirak edib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov giriş sözü ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqənin məqsəd və əhəmiyyətindən söz açıb.

Gənc rəssam Akif Əmirov çıxış edərək tədbir iştirakçılarına Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun salamlarını çatdırıb, sərgidə Qazax rayon məktəblilərinin, Uşaq-Gənclər İnkişaf Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin 16 rəsm əsərinin sərgiləndiyini deyib və iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzvü Samir Sadıqov çıxış edərək uşaqlar arasında yaradıcılıq meyllərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsası da doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilən müsabiqənin böyük əhəmiyyət daşıdığını bildiriblər.

Məlumat üçün qeyd edək ki, gənc və yeniyetmələrin rəssamlığa olan maraqlarının artırılması istiqamətində təşkil olunmuş müsabiqədə 150-yə yaxın uşaq iştirak edib. Ümumilikdə 170 əsər sərgilənib.

Məktəblilərin təqdim etdiyi əsərlərdə əsasən yaşadıqları bölgələrin milli, mədəni və tarixi abidələri, yerli mətbəx nümunələri, bölgəyə xas olan flora və faunası, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlər, musiqi alətləri, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazları, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların əks olunduğu obrazlar təsvir olunub.

İştirakçılara təşkilatçılar tərəfindən Diplom təqdim edilib.

Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
Respublika Uşaq Rəsm Festivalında qazaxlı məktəblilər də iştirak edib
GOYEZEN.AZ


Geri qayıt