Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantı keçirilib

BDU-nun Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantı keçirilib

5-04-2018, 12:30
BDU-nun Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantı keçirilib
Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərindən 2 il ötür. Aprel döyüşlərində Qazax rayonu da şəhidlər vermişdir. Bu gün qazaxlılar Fərəhli kəndində anadan olmuş kapitan Mühüd Orucovla, Yuxarı Salahlıda doğulmuş baş leytenant Elvin Namazovla, Aslanbəyli kəndində anadan olmuş Orxan Əliyevlə fəxr edirlər. Onların göstərdikləri şücaət hər bir gənc üçün örnək və qürur mənbəyi olmalıdır.

Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantıda bu fikirlər səslənib.

Tədbirdə filialın professor və müəllim heyəti, tələbələr, Aprel döyüşlərinin iştirakçıları, Qazaxdan şəhid olmuş igid oğullarımızın ailə üzvləri və KİV nümayəndələri iştirak edib.

Filialın həyətində toplaşmış tədbir iştirakçıları əllərində üçrəngli Azərbaycan bayrağı və qələbəmizi özündə əks etdirən plakatlar tutublar. Dövlət Himni səsləndikdən sonra toplantı öz işinə başlayıb.

Tədbir iştirakçıları filialın foyesində Aprel döyüşlərinə həsr olunmuş rəsm sərgisinə baxıblar. Şairə-publisist Güləmail Muradın “Aprel döyüşləri” kitabı iştirakçılara təqdim olunub.
BDU-nun Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantı keçirilib
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova toplantını giriş sözü ilə açaraq Aprel döyüşlərinin əhəmiyyəti və onun Azərbaycanın hərb tarixindəki yeri barədə danışıb. Qeyd edib ki, biz bu gün Aprel döyüşlərini qürur hissi ilə dəyərləndiririk. Bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin dediyi kimi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”. Heç şübhəsiz ki, Aprel döyüşlərinin nəticəsi olan Lələtəpə yüksəkliyinə sancılan üçrəngli Azərbaycan bayrağı Şuşada, Xankəndində və digər işğal olunmuş şəhər və kəndlərimizdə də sancılacaqdır. Biz buna tam əminik.
BDU-nun Qazax filialında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş toplantı keçirilib
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Aprel döyüşlərində qazanılan qələbədən danışaraq vətənpərvərlik mövzusunda yazdığı şeiri oxuyub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev çıxış edərək keçirilən tədbirin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olduğunu bildirib.

Aprel döyüşlərinin iştirakçılarından, filialın tələbəsi Təhmil Quluyev, Xanlıqlar kənd sakini Əfqan Daşdəmirov şanlı Aprel döyüşlərindən söz açaraq Azərbaycan əsgərlərinin mərdliyindən və mübarizliyindən danışıblar.

Sonra Aprel döyüşlərində şəhid olmuş kapitan Mühüd Orucovun müəllimi Alı Həsənov, baş leytenant Elvin Namazovun müəllimi Məhəmməd Vəkilov, Orxan Əliyevin müəllimi Lətifə Əliyeva çıxış edərək şəhidlərin məktəb illərindən söz açıb, xatirələrini bölüşüblər.

Şəhid Mühüd Orucovun atası Qurban Orucov çıxış edərək şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə şəhid ailələri adından öz dərin minnətdarlığını bildirib.

Tədbirdə RİHB Aparatında böyük məsləhətçi Gülnar Quluyeva, filialın tələbəsi Rəna Almazova, Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, xalqa və qələbəyə həsr olunmuş şeirlər oxuyublar.

Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” uverturasının sədaları altında başa çatıb.

Elçin İSMAYIL

Geri qayıt