Əsas Səhifə > Təhsil > Ekskursiya məktəblilərin ürəyincədir

Ekskursiya məktəblilərin ürəyincədir


28-03-2018, 16:30
Ekskursiya məktəblilərin ürəyincədir
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması istiqamətində təşkil olunmuş ekskursiyalar məktəblərin müəllim və şagirdləri tərəfindən yüksək qiymətləndirilir. Bir aydan artıqdır ki, rayon məktəbliləri Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına təşkil edilən ekskursiyalarda fəal iştirak edirlər. Onu da qeyd edək ki, fevral ayının 14-dən start götürən ekskursiyada orta məktəblərin VI-IX siniflərində təhsil alan şagirdlər və onların müəllimləri iştirak edir.

Ekskursiyanın bugünkü iştirakçıları isə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin müəllim və şagirdləri olub.

Öncə muzeyin qonağı olan iştirakçılara qədim tarixi köklərə malik olan Qazax rayonunun keçmişi və bu günü barədə ətaflı məlumatlar verilib.

Muzeyin 1-ci mərtəbəsindəki guşələrdə əks olunmuş tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqındakı məlumatlar, Qazaxın zəngin faunaya, bitki örtüyünə və torpaq növlərinə malik olması şagirdlərin böyük marağına səbəb olub. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

Muzeylə tanışlıqdan sonra məktəblilər Dövlət Rəsm Qalereyasında olaraq burada nümayiş olunan Azərbaycan miniatürlərinə, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərlərinə, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolara və əl işlərinə baxıblar. Qalereyanın dərnək üzvlərinin əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ekskursiya ilə bağlı təəssüratlarını GOYEZEN.AZ saytına bölüşən məktəblilərdən Tamaşa Məmmədrzayeva, Nuri Aysun, Nigar Abdullayeva, Rasim Qasımov və Elvin Heydarov artıq ikinci dəfədir ki, ekskursiya etdiklərini bildiriblər. Muzey və qalereyadan çox yüksək təəssüratlarla ayrıldıqlarını qeyd edən şagirdlər istər muzeydə, istərsə də qalereyada dərin biliklərə yiyələndiklərini vurğulayıblar. Qalereyada nümayiş olunan rəsm əsərlərinin, əl işlərinin, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərin maraqla qarşılandığını qeyd ediblər.

Məktəbin direktor müavini İsəbalı Mustafayev, müəllimlərdən İlhamə Əfəndiyeva, Afət Əliyeva, Səbinə Mirzəyeva, Elməddin Həsənov ürək sözlərini çatdıraraq şagirdlərin dərin biliklər əldə etməsi üçün yaradımçı rolunu oynayan bu cür ekskursiyaların təşkilini yüksək qiymətləndiriblər. İstər müəllimlər, istərsə də şagirdlər üçün yaradılan bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Məlumat üçün qeyd edək ki, bugünkü ekskursiyada Aşağı Salahlı kənd tam orta məktəbindən 75 şagird və onların müəllimləri iştirak edib.

Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Geri qayıt