Əsas Səhifə > Təhsil > Məktəblilər ekskursiyalara həvəslə gəlir

Məktəblilər ekskursiyalara həvəslə gəlir

28-02-2018, 23:55
Məktəblilər ekskursiyalara həvəslə gəlir
Qazax rayon Tarix-Diyarşunaslıq Muzeyi, eləcə də Dövlət Rəsm Qalereyası artıq bir neçə gündür ki, məktəblilərin sevimli məkanına çevrilib. Ənənə halını almış ekskursiyalara fevral ayının 14-dən yenidən start verilib. Ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər qrafik əsasında muzeydə və qalereyada olaraq rayonumuzun tarixini öyrənir, zəngin biliklər əldə edirlər.

Bu barədə bu gün ekskursiyada iştirak edən Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin və M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin şagirdləri GOYEZEN.AZ saytının əməkdaşlarına bildiriblər. Şəhər ümumi orta məktəbin şagirdlərindən Orxan Məmmədov, Rəfiqə Hadıyeva, Kəmalə Musayeva və başqaları muzeyin onlarda zəngin təəssürat oyatdığını söyləyiblər. Məktəbin müəllimlərindən Rəna Budaqova, Vəfa Pirvəliyeva, Natavan Bəxtiyarova və Vəfa Məşiyeva şagirdlərin ekskursiyadan razı qaldıqlarını qeyd ediblər.

Muzeylə yanaşı rəsm qalereyasına da həvəslə gələn məktəblilər burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolara baxır, buradan zəngin təəssüratla ayrılırlar. Bu gün Cəfərli kənd tam orta məktəbin şagirdlərindən Ömər Mustafayev, Sərdar Musayev, Gülnar Almazova və başqaları bu fikirləri ekskursiya barədə danışarkən deyiblər. Məktəblilərlə yanaşı müəllimlərdən Gövhər Kazımova, Zəminə Alıyeva, Əfsanə Nəsibova da ekskursiyadan razı qaldıqlarını bildiriblər.

GOYEZEN.AZ saytına danışan məktəblilər rayonumuzun tarixi, eləcə də rəssamlarımızın əl işləri ilə yaxından tanış olmaları üçün bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq ediblər.

Bu gün Cəfərli kənd tam orta məktəbindən 37 şagird, şəhər ümumi orta məktəbindən isə 110 şagird, onların müəllimləri ekskursiyalarda iştirak etmişdir.

Geri qayıt