Əsas Səhifə > Təhsil > Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib


4-02-2018, 15:00
Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib
Bu gün Qazax rayonunda respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib. Şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə keçirilən bilik yarışında məktəb mərhələsində keçib rayon mərhələsinə vəsiqə qazanmış şagirdlər iştirak ediblər. Növbəti mərhələdə IX-X və XI sinifdə təhsil alan 374 şagird öz biliyini nümayiş etdirib.

Respublika fənn olimpiadalarının rayon mərhələsi məktəbin 13 sinif otağında keçirilib. Hər otaqda 2 müəllim olmaqla 26 müəllim imtahanların gedişatına nəzarət edib. Şagirdlər 8 fəndən – Azərbycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika fənlərindən imtahan veriblər.

İmtahan test üsulu ilə verildiyi üçün məktəblilərə əvvəlcə Təhsil Nazirliyi tərəfindən çap olunmuş cavab kartları və sual kitabçaları paylanıb. İmtahanlar üçün ayrılmış vaxt bitdikdən sonra şagirdlərin cavab kartları yığılmış və Təhsil Nazirliyinə göndərilmişdir.

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib
GOYEZEN.AZ

Geri qayıt