BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib » Göyəzən internet portalı


BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 14 noyabr 2017-ci il tarixli 9 nömrəli məktubuna əsasən Bakı Dövlət Universitetinin Qazax filialında “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə müəllim və tələbələr, gənclər, məktəblilər, KİV nümayəndələri iştirak edib.

Tədbiri Qazax RİHB aparatında baş məsləhətçi Sərdar Orucov açaraq tədbir haqqında məlumat verib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Anar Əliyev geniş məruzə ilə çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi İlham Süleymanov, Qazax rayon Polis şöbəsinin əməkdaşı Hilal Allahverdiyev, BDU Qazax filialının mətbuat mərkəzinin mütəxəssisi Qiymət Məmmədova və başqaları mövzu ətrafında çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda “Şəhadət” filmi nümayiş olunub və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən tədbir iştirakçılarına dini maarifləndirmə ilə bağlı kitablar paylanılıb.

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş