Qazaxda maarifləndirici tədbir keçirilib » Göyəzən internet portalı


Qazaxda maarifləndirici tədbir keçirilib

Qazaxda maarifləndirici tədbir keçirilib
Rayonun Aşağı Əskipara kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açıb və İslam dininin sülh, həmrəylik və qardaşlıq dini olması, bu sahədə respublikamızda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.
Qazaxda maarifləndirici tədbir keçirilib
Mövzu ətrafında QMİ-nin bölgə qazisi İlham Süleymanov, məktəbin direktoru Yaşar Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ceyhun Rüstəmov və başqaları çıxış ediblər.

Sonda müəllim və tələbələrin sualları cavablandırıləb və “Şəhadət” filmi nümayiş olunub.

Qazaxda maarifləndirici tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş