Qazaxın uşaq bağçalarında bayram şənlikləri keçirilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq

Qazaxın uşaq bağçalarında bayram şənlikləri keçirilib

Qazaxın uşaq bağçalarında bayram şənlikləri keçirilib
Uşaqların həvəslə gözlədikləri bayramlardan biri də yeni il bayramıdır. Həmin gün uşaqlar deyib-gülür, şənlənir, mahnı və şeirlər oxuyur, rəqs edirlər. Şaxta Baba və Qar qız yeni il şənliklərini daha da şənləndirir, körpə fidanlara hədiyyələr verirlər.

Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qazax rayonunun bütün uşaq bağçalarında bayram şənlikləri keçirilib.
Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün əlindən gələni əsirgəməyən rayon rəhbərliyi bu bayramda da körpə fidanları təbrik edib. Bayram günləri ərəfəsində gələcəyimiz olan körpə fidanlar da diqqətdən kənarda qalmayıb.

Əlamətdar gün münasibətilə Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri bayram tədbirlərində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə rayon rəhbərliyinin ən xoş təbriklərini çatdırıb və bayram hədiyyələri təqdim ediblər.

Bayram tədbirində Kosalar kənd 3 saylı körpələr evi-uşaq bağçasında 49 il tərbiyəçi işləmiş Nailə Quliyevaya təqaüdə çıxması münasibətilə rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyə və gül dəstəsi təqdim olunub.

GOYEZEN.AZ

Facebook-da paylaş