• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib

BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nanotexnologiya Akademiyası və Nanotexnologiya Olimpiadası” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib.

Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın müəllim-tələbə kollektivi, mətbuat nümayəndələri iştirak edib.

Layihə rəhbəri Aytək Məmmədli tədbiri giriş sözü ilə açaraq Ölkə Başçısı İlham Əliyevin elm və texnologiyanın inkişafına göstərdiyi qayğıdan, yüksək texnologiyalarla bağlı sərəncamlardan, ondan irəli gələn məsələlərin icrası və mərhələli inkişafından danışıb, Fondun gördüyü sosial işlər, qrant və fərdi layihələr haqqında ətraflı söz açıb.
BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
A.Məmmədli bildirib ki, nanotexnologiya elminin öyrədilməsi üçün belə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. O, tədbir iştirakçılarını nanotexnologiya elminin tarixi haqqında məlumatlandırıb. Nanotexnologiyanın-atomlar sənəti olmasını və daha kiçik molekullarla işləməyə imkan verdiyini qeyd edib. Bildirib ki, nanotexnologiya elmi gəlir gətirən sahədir. Elə buna görə də müxtəlif sahələrə - əsasən kimya, biologiya, riyaziyyat, kompyuter elmləri, tibb, əczaçılıq, müdafiə sənayesinə, fizika kimi sahələrə tətbiq olunur.

Sonda A.Məmmədli tələbələri maraqlandıran sualları cavablandırıb. Layihədə fəal iştirak edən bir qrup tələbəyə Sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.

GOYEZEN.AZ

BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
BDU-nun Qazax filialında nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib


Facebook-da paylaş