Məktəblilərin sevimli məkanı » Göyəzən internet portalı


Məktəblilərin sevimli məkanı

Məktəblilərin sevimli məkanı
Hər gün bir neçə məktəb şagirdlərinin qonaq olduğu Qazax Dövlət Rəsm Qalereyasında məktəblilərə burada nümayiş etdirilən Azərbaycan miniatürləri, Azərbaycanın, eləcə də dünya şöhrətli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini özündə əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında geniş məlumatlar verilir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən artıq 2 həftədir ki, həyata keçirilən tədbirin əsas məqsədi Azərbaycanın tanınmış rəssamlarını, onların əl işlərini tanıtmaq və yeniyetmələrdə, məktəb şagirdlərində rəssamlıq sənətinə olan marağı artırmaqdır.

GOYEZEN.AZ saytına tədbir haqqında məlumat verən Qalereyanın direktoru Münəvvər Xəlilova qeyd edib ki, demək olar ki, hər gün bir neçə məktəb qalereyanın qonağı olur. Bu gün isə İsmayıl Şıxlı adına Kosalar, Nizami Hüseynov adına Aşağı Salahlı, Zahid Mahmudov adına Yuxarı Salahlı, Alı Əliyev adına Hüseynbəyli və Canalı kənd tam orta məktəblərin şagirdləri qalereyada nümayiş olunan əsərlərlə tanış olublar. Məktəblilərə hal-hazırda qalereyada ümumilikdə 548 eksponat nümayiş olunması barədə məlumat verilib. Qeyd olunub ki, məktəblilərin sevimli məkanına çevrilən qalereyada əsasən boyakarlıq və rəsm əsərləri, vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər sərgilənir.

Qalereya ilə tanış olan şagirdlər öz ürək sözlərini bildirərək qeyd ediblər ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti var. Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.

Məktəblilər onlara göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq edib, ən xoş arzularını bildiriblər.

Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı


Facebook-da paylaş