• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar

Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Xəbər verdiyimiz kimi, 1 həftədən artıqdır ki, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən rayon məktəbliləri Qazax Tarix-Diyarşünaslıq Muzeyində olaraq muzeydə olan eksponatlarla yaxından tanış olur, rayonumuz haqqında ətraflı məlumat əldə edirlər.

Bu cür maarifləndirici tədbirlərin keçirilməsində məqsəd rayonumuzu, onun tarixini, dünənini, bu gününü dərindən öyrənmək, tarixi şəxsiyyətlərini, şairlərini, yazıçılarını, aşıqlarını yaxından tanıtmaqdır.

Demək olar ki, hər gün bir neçə məktəb muzeyin qonağı olur. Bu gün isə sərhəd bölgəsində yerləşən Quşçu Ayrım və Aslanbəyli kənd tam orta məktəblərin şagirdləri muzeylə tanış olublar.

Muzeyin bələdçisi Arzu Alıyeva şagirdlərə muzeyin eksponatları, Qazax rayonunun tarixi, dünəni və bu günü haqqında ətraflı məlumat verib. Qazax rayonunun 34 kəndini özündə əks etdirən xəritə şagirdlər tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında olan məlumat şagirdlərə ətraflı şəkildə izah olunub. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub.

Şagirdlər “Qazax sultanlığı” və “Bəy otağı” adlı guşələrdə o dövrün xanlarına, bəylərinə məxsus olan həyat tərzi haqqında ətraflı məlumat alıblar.

Daha sonra məktəblilər muzeyin 2-ci mərtəbəsində olan “Alaçığa” baxıb, əsasən yaz və qış aylarında qurulan alaçıqlar barədə maraqlı biliklər əldə ediblər.

Həmçinin şagirdlərə bədii və etnoqrafik özəlliklərə malik Qazax geyimləri, 1867-ci ildə ümumrusiya at sərgisində mükafat almış “Uzelok” ləqəbli məşhur Dilboz atı haqqında da məlumat verilib.

“Səməd Vurğun”, “Aşıq sənəti”, “Qazax qəzası”, “Qazax Müəllimlər Seminariyası”, “Görkəmli şəxsiyyətlər”, “Qazax 1920-1990-cı illərdə”, “Qazax Dövlət Dram Teatrı”, “1941-1945: II Dünya müharibəsi”, “Müasir dövr”, “Azərbaycan XXI əsrdə” adlı bölmələrlə tanış olan şagirdlərə hər bölməyə aid maraqlı faktlar çatdırılıb. Şəhidlərimiz, Milli Qəhrəmanlarımız, işğal altında olan kəndlərimizin adlarını özündə əks etdirən “Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” adlı bölmədə orta məktəb şagirdlərinə müharibənin törətdiyi bəlalar, zaman-zaman xalqımızın başına gətirilən müsibətlər haqqında geniş məlumatlar verilib.

Aslanbəyli kənd tam orta məktəbin direktoru Dilqəm Məmmədov və Quşçu Ayrım kənd tam orta məktəbin müəllimi Lətif Dünyamalıyev muzeylə tanışlıqdan sonra öz ürək sözlərini bildirərək qeyd ediblər ki, 2016-cı ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyi rayonumuza gələn qonaqların, eləcə də məktəblilərin ürəyincədir. Bu gün şagirdlərimiz muzeydə maraqlı məlumatlar əldə etdilər. Bu ekskursiya məktəblilərin geniş marağına səbəb oldu. İstər müəllimlər, istərsə də şagirdlərdə muzeylə tanışlıq xoş təəssürat yaratdı. Çıxış edənlər onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar
Məktəblilər muzeydən xoş təəssüratlarla ayrılıblar




Facebook-da paylaş