Məktəblilər arasında layihə həyata keçirilib » Göyəzən internet portalı


Məktəblilər arasında layihə həyata keçirilib

Məktəblilər arasında layihə həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər” layihəsi çərçivəsində keçirilən tədbirlərə yekun vurulub.

3-30 noyabr tarixində həyata keçirilən layihə çərçivəsində Qazax şəhər 1, 2, 4, 5 saylı tam orta məktəblərdə və məktəb-liseydə yuxarı sinif şagirdləri arasında “İslam sülh və həmrəylik dinidir” başlığı altında inşa-yazı və rəsm müsabiqələri keçirilib.

Bundan başqa, layihə çərçivəsində sakinlərin, xüsusən də, gənclərin dinə münasibətinin, dini dözümlülük və dini radikalizm haqda fikirlərinin araşdırılması məqsədilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində və Bakı Dövlət Universitetinin Qazax filialında, eləcə də, şəhər sakinləri arasında sorğular keçirilib.

Bununla yanaşı, rayonun Daş Salahlı, Çaylı və Aslanbəyli kəndlərində də sorğuların keçirilməsi nəzərdə tutulub.

Keçirilən bu tədirlərdə ümumilikdə 300 nəfər gənc iştirak edib.

Məktəblilər arasında layihə həyata keçirilib
Məktəblilər arasında layihə həyata keçirilib
Məktəblilər arasında layihə həyata keçirilib
Məktəblilər arasında layihə həyata keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş