Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olmayıb » Göyəzən internet portalı


Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olmayıb

Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olmayıb
Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olması barədə bir sıra informasiya portallarında xəbər yayımlanıb. Məlumat üçün bildiririk ki, BDU-nun Qazax filialının nə yeməkxanasında, nə də digər bir yerində heç bir yanğın hadisəsi baş verməyib.

Xəbərin əmələ gəlməsinə səbəb filialın yeməkxanasında deyil, əsas binadan bir neçə metr kənarda yerləşən köməkçi otaqda Mələk Alıyevanın peraşki bişirən zaman qazandan alov qalxması və ətrafa tüstü çıxması səbəb olub. Düzdür, kiminsə zəngi əsasında yanğınsöndürənlər gəlib. Lakin yanğın olmadığı üçün yanğınsöndürən maşın filialın ərazisinə belə daxil olmayıb və onların müdaxiləsinə heç bir ehtiyac qalmayıb.

Ona görə də bir daha bildiririk ki, BDU-nun Qazax filialının nə yeməkxanasında, nə də digər bir yerində heç bir yanğın hadisəsi baş verməyib. Odur ki, Qazax filialında yanğın olması barədə informasiya portallarından yayımladıqları xəbəri təkzib etməyi xahiş edirik.

Bakı Dövlət Universitetinin
Qazax filialının Mətbuat Xidməti

Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olmayıb


Facebook-da paylaş