• Təqvim

  • Unutma

  • Maraq



Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub

Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub
GOYEZEN.AZ bildirir ki, Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

"Ulu Öndərin özü qədər əbədi müstəqillik" mövzusunda keçirilən tədbirdə Qazax şəhər 1, 2, 3, 4, 5 saylı məktəblərin, məktəb lisey və əsas məktəbin şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova "Müstəqilliyimiz əbədidir" başlıqlı məruzə ilə çıxış edərək uşaqlara Azərbaycanın müstəqilliyə qədər keçdiyi tarixi yol barədə ətraflı məlumat verib.

Tədbirdə "18 oktyabr Azərbaycan dövlətinin müstəqillik günüdür" adlı film nümayiş olunub.

Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub
Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub
Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub


Facebook-da paylaş