• Təqvim

  • Unutma

  • Maraq



"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib

"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-nin direktoru Tərlan Hüseynovun təşəbbüsü ilə xeyriyyəçilik tədbiri həyata keçirilib. Rayonun müxtəlif məktəblərində təhsil alan şagirdlərin bir qrupuna məktəb ləvazimatları ilə birlikdə məktəbli çantası hədiyyə edilib.

Bu münasibətlə termer təsərrüfatının inzibati binasında keçirilən mərasimdə İcra Hakimiyyətinin, fermer təsərrüfatının məsul işçiləri, şagirdlər və onların valideynləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov açaraq respublikamızda, eləcə də rayonda təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, son bir il yarım ərzində Qazaxda təhsil sahəsində görülmüş işlərdən, qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlərdən danışıb. Qeyd edib ki, rayonda həyata keçirilən bütün tikinti-abadlıq, quruculuq işlərində, sağlam, şəffaf və işgüzar şəraitin yaradılmasında rayon İcra Hakimiyyətinin başçsıı Rəcəb Babaşovun fəaliyyəti çox böyükdür. Göstərilən diqqət və qayğının nəticəsidir ki, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər qazanılıbdır. Çaylı kənd 1 saylı, Yuxarı Salahlı kənd tam orta məktəblərin binaları əsaslı təmin olunmuş, Abbasbəyli kənd ibtidai məktəbi üçün modul tipli yeni məktəb binası tikilmişdir. Bütün təhsil müəssisələrində və uşaq bağçalarında istilik sistemi qaydaya salınmışdır. Bu da ötən dərs ilinin yekunlarında öz müsbət nəticələrini göstərmişdir. Rayonda şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılmış və onlara hər cür diqqət və qayğı göstərilir. Bu gün keçirilən xeyriyyəçilik tədbiri də bunun əyani nəticəsidir.

RİHB aparatının məsul işçisi Kəmalə Cəfərova yeni dərs ili və Bilik Günü münasibətilə şagirdləri təbrik edərək onlara möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıb.
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib
Sonra məktəb ləvazimatları ilə dolu məktəbli çantaları şagirdlərə hədiyyə olunub. Məktəblilər və onların valideynləri çox sevindiklərini qeyd edərək ölkə başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda belə xeyriyyəçilik fəaliyyətinə görə "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-nin direktoru Tərlan Hüseynovdan da razı qaldıqlarını söyləyiblər.

GOYEZEN.AZ

"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı” yeni dərs ilində şagirdləri sevindirib






Facebook-da paylaş