Qazaxda mülki müdafiə üzrə metodiki toplantı keçirilib » Göyəzən internet portalı


Qazaxda mülki müdafiə üzrə metodiki toplantı keçirilib

Qazaxda mülki müdafiə üzrə metodiki toplantı keçirilib
Gənclər Mərkəzində keçirilən toplantıda rayon İcra Hakimiyyəti Başçısı Aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev, regional şöbənin baş zabiti, mayor Bəhayi Nəsirov, rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev, Qazax Müalicə Diaqnostika Mərkəzində travmatoloq-cərrah Fəxrəddin Əliyev, rayonun ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərləri iştirak ediblər.

A.Hümbətov tədbiri giriş sözü ilə açaraq keçirilən toplantının əsas məqsədi, mülki müdafiənin rolu və vəzifələri, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəldib.
Qazaxda mülki müdafiə üzrə metodiki toplantı keçirilib
Şöbə rəisi, polkovnik M.Tağıyev “Fövqəladə Hallar Nazirliyinin əhalinin mühafizəsində rolu, mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu“ mövzusunda məruzə ilə çıxış edib.

Şöbənin baş zabiti, mayor Bəhayi Nəsirov, həkim-travmatoloq Fəxrəddin Əliyev, Xanlıqlar kənd tam orta məktəbin müəllimi Xatın Hüseynxanova çıxış edərək mülki müdafiə ilə bağlı məlumatlar veriblər.

Tədbirdə iştirak edən 191 nəfər rayonun ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb, fövqəladə hallarla bağlı slayd materialları və videoçarxlar nümayiş olunub.

Tədbirdə iştirak edən sinif rəhbərlərinə şagirdlərlə keçirilən mülki müdafiə üzrə dərslərin proqramı çatdırılıb, lazımi tövsiyələr verilib.

Tədbirin sonunda mülki müdafiə ilə bağlı keçirilən belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etiyi diqqətə çatdırılıb.

Qazaxda mülki müdafiə üzrə metodiki toplantı keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş